Suqovuşanda mina partladı - Xəsarət alan var


Ağdərədə mina hadisəsi baş verib.
Aknews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə nəticəsində rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər