ABŞ-nin kişilərdən ibarət futbol millisi 2026-cı il dünya çempionatından əldə edəcəyi mükafatı qadınlardan ibarət milli komanda ilə bölüşəcək.
Məlumata görə, dünya çempionatında iştirakdan əldə olunan mükafat fondu kişi millisinin 26 futbolçusu və qadın millisinin 26 futbolçusu arasında bərabər bölünəcək. Bu sistem ABŞ Futbol Federasiyası ilə 2022-ci ildə ratifikasiya olunmuş müqaviləyə əsasən tətbiq edilir.
Sənəd qadın millisinin bərabər əməkhaqqı tələbi ilə federasiyaya qarşı təxminən altı il davam edən etiraz və məhkəmə çəkişmələrindən sonra qəbul olunub.
ABŞ millisi 2026-cı il dünya çempionatında 1/8 finala yüksəldiyinə görə FİFA-dan 16 milyon dollar mükafat alacaq. ABŞ Futbol Federasiyası bu məbləğin 20 faizini özündə saxlayacaq, qalan 80 faiz isə kişi və qadın yığmaları arasında bərabər bölünəcək.
Beləliklə, hər iki milli 6,4 milyon dollar əldə edəcək. Nəticədə hər bir futbolçuya 246 153 dollar ödəniləcək.
Aknews.az