Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi


Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Teleqraf-ın xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib.

Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.

Aknews.az

Xəbərlər