Abşeronun bu kəndi kimlər üçün "yağlı əppək" -dir? İDDİA


"Abşeronun bu kəndi sabiq bələdiyyə sədri tərəfindən “zəbt olunub”!" Teref yazır ki, bunu poçtumuza daxil olan məqalədə müəllif yazır.
Müəllif daha sonra yazır:
"Abşeron rayonunun Novxanı kəndi sabiq bələdiyyə sədri tərəfindən “zəbt olunub”. Bu barədə redaksiyamızı kənd sakinləri məlumatlandırıb. Məlumata görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehhdiyev dönəmində Novxanı kəndində bələdiyyə sədri olan Məhərrəm Əvəzov bələdiyyə sədri işlədiyi vaxtı “səmərəli” dəyərləndirib. Belə ki, hektarlarla torpaq sahəsi ələ keçirən Məhərrəm Əvəzov,magistral yol kənarlarındakı bahalı torpaq sahələrini də öz əlində cəmləşdirib. Bu gün Novxanı su-bağlar idarəsi belə sabiq bələdiyyə sədrinə məxsus binada yerləşir və ona aylıq arenda verir. Həmçinin, Novxanı kəndinin girişindəki bir sıra ticarət obyektləri də sabiq bələdiyyə sədri və onun yaxınlarına məxsusdur.
Məhərrəm Əvəzov bələdiyyə sədri işlədiyi dönəmdə kənd sakinlərinə məxsus torpaq sahələrini müxtəlif məmurlara, onların ayxın qohumlarına peşkəş edib. Kənddə Ramiz Mehdiyev, Vasif Talıbov və digər sabiqlərin özlərinə, qohumlarına məxsus xeyli torpaq sahələri var ki, onların hamısı Məhərrəm Əvəzovun dönəmində verilib.
Bu səbəbdən də əlaqədar qurumlar tərəfindən Məhərrəm Əvəzov və onun yaxınlarının sahib olduğu külli miqdarda sərvətin mənbəyinin araşdırılmasına ciddi ehtiyac var. Bu istiqamətdə aparılacaq ən səthi araşdırma belə dəhşətli faktların ortaya çıxmasını təmin edəcək, dövlətdən hansı miqyasda oğurluqların edildiyi sübutlar əsasında ortaya çıxacaq."
Aknews.az

Xəbərlər