AAYDA-nın sədr müavinlərinin himayə etdiyi, yol layihəsinin dəyişməsinə səbəb olan villa ilə bağlı yeni xəbər


Yağış kanallarını zəbt edib, kanalizasiya sularının qarşısını alıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun Novxanıdan keçən hissəsinin bir villaya görə dəyişdirildiyi, yolun tamam başqa istiqamətə yönəldildiyindən dəfələrlə bəhs olunub. Mediada yer alan məqalələrdə də qeyd olunduğu kimi, yolun Novxanıdan keçən hissəsində yolun istiqaməti bir villaya görə dəyişdirilib, göl kənarına yönlənirilib. Bu isə onlarla evin plana düşməsi, dövlətin milyonlarla manat məbləğindəki vəsaitinin əbəs yerə sərf edilməsi deməkdir.
Bunu TEREF e göndərilən məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:
Bugünlərdə yolun istiqamətinin dəyişilməsinə səbəb olan villa ilə bağlı yeni məlumat əldə etmişik. Məlum olub ki, bu villa Novxanı kəndinin yağış sularının cəmləşdiyi ərazidə inşa olunub. Məhz bu səbəbdən də son yağışlar zamanı kəndin yuxarı hissəsindəki yağış suları öz ənənəvi axarı ilə axıb gedə bilmədiyi kənd yollarını basmış, bir sıra həyət və evlərə ciddi zərər vermişdir.

Bundan başqa, villa inşa olunan zaman yol kənarındakı yağış sularının axması üçün inşa edilən yağış kanallarını da zəbt edib ki, bu da yağışlar zamanı magistral yolun su altında qalması ilə nəticələndi.

Kənd sakinlərinin sözlərindən bəlli olub ki, villanın inşa edildiyi ərazi əvvəllər kəndin kanalizasiya sularının axdığı yer olub. Sonradan ərazidə tikilən nəhəng villa kəndi bu imkandan da məhrum edib. Kənd sakinləri iddia edir ki, kəndə kanalizsiya çəkilişindən sonra bu problem qismən öz həllini tapıb.

Bir sözlə, Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun Novxanıdan keçən hissəsinin dəyişilmsinə səbəb olan villa bu gün də bir sıra problemlərə əsas səbəbi qismində çıxış edir. Ümid edirik ki, əlaqədar qurumlar baş verənləri araşdıraraq yolun ilkin layihə əsasında inşasını təmin edəcək, o cümlədən, AAYDA-dakı müavinlərin niyə, hansı maraqlar konteksində layihə dəyişiliyin yol verdiyini araşdıraraq qəti qərarlar qəbul edəcək.

TEREF

Aknews.az

Xəbərlər