Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Göycayda Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin sahibi olduğu deyilən villalasını kim hədiyyə etdiyi məlum olub.
XALQ-a daxil olan məlumata görə, Göyçay rayonunun Potu kənd inzibati ərazi dairəsinin Üngütlü kəndində 10 hektar ərazidə yerləşən Ramiz Mehdiyev üçün xüsusi təmtaraqla tikilən malikanəni hal-hazırda Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tərəfindən hədiyyə olundugu bildirlir.
Qeyd edək ki, Mənsur Məmmədov 2007 – 2015-ci illərdə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Məlumata görə, 4 mərtəbəli malikanənin ətrafı xüsusi dekorativ ağaclar bəzədilib. Meşə ərazisində yerləşən villanın həyətində vəhşi heyvanların saxlanması üçün tikilidə mövcud olduğu bildirilir. Avropa ölkələrindən gətirilmiş mebellerlə döşənmiş villada Ramiz Mehdiyev bir necə dəfə olub.
2 milyon manata ərsəyə gələn malikanə Göycay rayonunun sosial-iqtsadi inkişafı üçün dövlət büdcəsindən ayrılan, və iş adamlarında xərəc kimi yığılan pullarla tikildiyi iddia olunur.
Ramiz Mehdiyevə hədiyyə olunan villa Mənsur Məmmədovun vəzifədə qalmasında mühüm rol oynadığı qeyd edilir.
20 ildir vəzifədə olan Mənsur Məmmədov 2015-ci ildən Ucar rayon icra hakimiyyətinin başçısıdır.
Məsələ ilə bağlı Mənsur Məmmədovla əlaqə yaratmaq mümkün olmadı.
Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
Aknews.az