ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır


ABŞ Kuba inqilabının liderlərindən biri olan Raul Kastronun ölkə ərazisinə qaytarılması üçün bütün mümkün tədbirləri görmək niyyətindədir.
ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş bunu Fox News-a verdiyi müsahibədə bildirib.

"Bizə Kastronun burada məhkəmə qarşısına çıxması lazımdır. Onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.

Blanşın sözlərinə görə, Vaşinqton adətən bu məqsədlərə ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə nail olur.
Aknews.az

Xəbərlər