Şabranda mənzilə basqın edərək evin xanımını və ərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxslərii xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması (2010-2024) da ağırlaşdırıcı hal kimi qeydə alınıb.
Xəbəri rus dilində oxuyun: Налетчики из Шабрана получили пожизненные сроки
Müttəhimlər özlərini qismən təqsirli bilib, evə oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər.
Cinayətin ağırlığı nəzərə alınaraq, Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.
Aknews.az