Bakının iki rayonunda işıq olmayacaq


Bu gün Bakının Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Aknews.az

Xəbərlər