Ülvi İsgəndərov “Araz-Naxçıvan”la yeni müqavilə imzaladı


"Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2024/2025 mövsümündən "Araz-Naxçıvan"ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.

Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.

Aknews.az

Xəbərlər