"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalandı


Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə kredit sazişi imzalanıb.
Sənədlərin imzalanması Prezident İlham Əliyevin Ərəb Koordinasiya Qrupuna daxil olan qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşü çərçivəsində baş tutub.

Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupuna üzv qurumlar arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu”nun mübadiləsi həyata keçirilib.

Aknews.az

Xəbərlər