“Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərə dəvət edilib”.
“Rusiya həmişə Şimali Koreya liderini görməkdən məmnun olacaq. Səfərin tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, - diplomat bildirib.
Nazir müavini həmçinin xatırladıb ki, 2024-cü ilin iyun ayında Pxenyanda imzalanmış ikitərəfli Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.
Kim Çen In bundan əvvəl Pxenyanın Moskva ilə əməkdaşlığı genişləndirməyə və dərinləşdirməyə davam etmək niyyətində olduğunu açıqlamışdı.
Aknews.az