İsrail rəsmisi: İrana yeni hücumun başlaması zaman məsələsidir


“İrana qarşı yeni hücum dalğasının başlaması zaman məsələsidir və İsrail istənilən vaxt qarşıdurmanı yenidən başlatmağa hazırdır”.

Mənbə bildirib ki, İran “qırmızı xətt”i keçəcəyi təqdirdə İsrail ABŞ-nin iştirakı ilə və ya təkbaşına yenidən Tehranın nüvə obyektlərinə və müvafiq mərkəzlərə zərbələr endirəcək.

Rəsmi ABŞ-nin İrana qarşı iqtisadi təzyiqini “çox uğurlu” adlandıraraq qeyd edib ki, bu təzyiqlər molla rejimini zəiflədib və onun devrilməsi gözləniləndən daha tez baş verə bilər.

O əlavə edib ki, təmasların davam etməsinə və vasitəçilik səylərinə baxmayaraq, İsrail Tehran və Vaşinqton arasında razılaşma üçün real imkan görmür: “İran vaxtı uzatmaqla ABŞ və İsraildə siyasi şəraitin dəyişəcəyinə ümid edir”.

Aknews.az

Xəbərlər