Lebedev: Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək


“Parlament seçkilərindən sonra Ermənistanda vəziyyət sabitləşəcək, bunun üçün müəyyən ilkin şərtlər mövcuddur”.

Ermənistanda parlament seçkilərindən sonra vəziyyətin sabitləşməsi üçün hazırda zəminin olub-olmaması ilə bağlı suala cavab verən Lebedev bunu təsdiqləyib:

“Bəli, hesab edirəm ki, belə zəmin var. Çünki Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, hazırkı mərhələdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyillər. MDB-dən çıxmaq məsələsi isə ümumiyyətlə gündəmdə deyil, təşkilatın tərkibində qalırlar”.

Baş katib qeyd edib ki, bu gün keçirilən MDB İqtisadi Şurasının iclasında Ermənistanın nümayəndəsi iştirak edib, sənədlərin müzakirəsinə qoşulub və onları imzalayıb.

“Ümid edirik ki, hər şey yaxşı olacaq”, - Sergey Lebedev əlavə edib.

Aknews.az

Xəbərlər