Azərbaycan Memarlıq və İnşaat Universiteti 630 kiloqramlıq, 4 dayanacaqlı panoramic liftin alınması, quraşdırılması və onun metal şaxtasının yığılması tenderinə yekun vurub.
32gun.az-ın verditi məlumata görə, 141.600 AZN dəyərində olan bu sifarişin qalibi 10 manat nizamnamə kapitalı ilə Elşən Aslanovun rəhbərlik etdiyi "ASLİFT" MMC seçilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, dövlətdən yüz minlik layihə alan bu şirkətin hazırda büdcəyə 220.079,1 AZN vergi borcu mövcuddur.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədovadur.
Aknews.az