Azərbaycanın 4 klubu avrokuboklarda mübarizə aparacaq


2026/2027-ci illər mövsümündə Azərbaycanın 4 voleybol klubu avrokuboklarda mübarizə aparacaq.

Son ölkə çempionları “Turan” və “Xilasedici” CEV Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” isə CEV Çelenc Kubokunda qüvvəsini sınayacaq.

Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək.

Aknews.az

Xəbərlər