İraq Baş naziri Əli əl-Zeydi iyulun 28-də Türkiyəyə rəsmi səfər edəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə təhlükəsizlik, ticarət, enerji, nəqliyyat və su ehtiyatlarının idarə olunması başda olmaqla, Türkiyə ilə İraq arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək.
Tərəflər regional və qlobal hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar.
Aknews.az