Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirib.
“Fransa-İspaniya sərhədinə nəzarət edirik. Üstəlik, son aylarda bu nəzarət daha da gücləndirilib, orada daimi əsasda mobil bölmə yerləşdirilib”, - daxili işlər naziri bildirib.
İspaniya mediasının məlumatına görə, minlərlə miqrant Afrikanın şimal sahillərində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə daxil olub. Şəhərə gələnlərin dəqiq sayı açıqlanmayıb. Bundan əlavə, Seutaya çatmağa cəhd edərkən azı 19 nəfər həlak olub.
Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçilərin cəlb olunmasına qərar verib. İyulun 31-də İspaniya Baş naziri Pedro Sançesin daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edəcəyi gözlənilir.
Aknews.az