Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə məğlub olduğunu bildirib.
Fon der Leyen bu barədə açıqlamasında deyib.
“Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq isə dinc əhaliyə və mülki infrastruktura zərbələr endirir”, - Avropa Komissiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı üzv dövlətlər və tərəfdaşlarla birlikdə Ukraynanın ballistik raketlərə qarşı mübarizə imkanlarının gücləndirilməsi istiqamətində çalışır.
Fon der Leyen həmçinin Ukraynanın hava hücumlarından müdafiə imkanlarının artırılmasının Aİ üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb.
Aknews.az