Quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz


Azərbaycanda "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiqlənib – sənəd yaxşıdır, doğru təsbitlər, düzgün istiqamətlər var.
Sadəcə, məsələ odur ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil. Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır.
Çox sadə misallarla bunu dəfələr izah etmişik – bir də deyək: Gürcüstan öz əməyi və doğru siyasəti, “turizm məhsulları icad etmək” nəticəsində regionada turizmin mərkəzinə çevrilib – bu artıq faktdır. Qonşu ölkələr bundan doğru istifadə etməlidirlər. Avropa, ABŞ, Yaponiya, Çin, kimi çox pul xərcləyən yerlərdən gələn turistlər bir bölgəyə gedəndə, çalışırlar ki, ətraf ölkələrə də səfər etsinlər, çünki, Cənubi Qafqaz bir dəfə səfər ediləsi coğrafiyadır.
İndi nə baş verir: Tutalım, Polşadan böyük bir turist qrupu Gürcüstana gəlir, 2-3 gün gəzdikdən sonra minir avtobusa Ermənistana keçir, 1-2 gün oranı da gəzir, sonra həmin avtobusla Azərbaycana da gəlmək istəyir – amma, sərhəddi keçə bilmir. Bu turizmə, əsasən də Qax-Şəki-Qəbələ və Gəncə-Qazax bölgəsinin turizm potensialına böyük zərbə vurur.
Ermənistan bunu anladı və Gürcüstanla birgə turizm layihələri həyata keçirməyə başladılar – son bir ildə Ermənistana turist səfərləri 19% artıb. Azərbaycana gələn turistlərin sayı isə son bir ildə 14% azalıb.
Bu faktdır, quru sərhədlərin turizmin inkişafına böyük əngəl olduğunu sübut edən fakt...
Natig Jafarli
TEREF


Aknews.az

Xəbərlər