Mask ABŞ-nin 50 trilyon dollarlıq borcu ilə bağlı xəbərdarlıq edib


“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ-nin dövlət borcunun 50 trilyon dollara çatacağı təqdirdə ölkə iqtisadiyyatının ciddi problemlərlə üzləşə biləcəyi barədə fikirlə razılaşıb.

Mask istifadəçilərdən birinin ABŞ-nin dövlət borcunun artım dinamikasını əks etdirən qrafikinə münasibət bildirib. Həmin paylaşımda dövlət borcunun 2030-cu ildə 50 trilyon dollara çatacağı və bundan sonra ABŞ üçün vəziyyətin kəskin pisləşəcəyi iddia olunub.

“Qrafik doğrudur”, - Mask paylaşımı şərh edərkən bildirib.

Qeyd edək ki, bu həftə ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 40 trilyon dolları ötüb. Son 10 ildən az müddətdə ölkənin borcu təxminən 20 trilyon dollar artıb.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, dövlət xərcləri və ya vergi siyasətində islahatlar həyata keçirilməzsə, ABŞ-nin dövlət borcu qarşıdakı altı il ərzində 50 trilyon dollara çata bilər.

Aknews.az

Xəbərlər