Həbsdəki jurnalist xanım ailə qurmaq istəyir - NİGAHA DAXİL OLA BİLMİRƏM


Hazırda həbsdə olan Meydan TV-nin əməkdaşı Aytac Tapdıq nikaha daxil olmaq istəyir.
Gununsesi.info-nun xəbərinə görə, xanım jurnalist bunun üçün aidiyyatı quruma müraciət etsə də nigah hüququnun pozulduğunu bildirir.

“ Yanvardan etibarən nikah üçün ərizə ilə müraciət etsəm də, zəruri prosedurlardan keçməyimə şərait yaradılmır”.

Jurnalist daha sonra qeyd edir ki, təcridxana rəhbərliyinə etdiyi müraciətdən 2 ay keçdikdən sonra cavab alıb ki, istintaq ona evlənməyə icazə vermir.

Jurnalist hüququnun bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Aknews.az

Xəbərlər