Bələdiyyə sədri işləmiş bacısı Aytac Əliyeva ilə birgə həbsə məhkum edilmiş İlknur Turkutun cəzası ağırlaşdırılıb.
O, yenə də dələduzluqda təqsirli bilinib.
İşin maraqlı tərəfi odur ki, İlknur bu cinayəti əvvəlki işinə görə ev dustaqlığında olduğu müddətdə törədib. O, zərərçəkmiş Şirin Abasovu avtoqəzaya görə 5 il 6 ay azadlıqdan məhrum edilmiş oğlunu azad edəcəyi vədi ilə aldadıb.
Bu iş üçün Ş.Abasov müxtəlif vaxtlarda İlknura 15 min manat verib: “İlknuru uşaqlıqdan tanıyırıq. Oğlumun işini biləndən sonra kömək edə biləcəyini dedi. Bizi inandırdı. Birinci dəfə yanvar ayında 5 min manat verdik. Sonra dedi ki, hakimlə prokurora da 10 min manat çatmalıdır. Söz verdi ki, pulu verən kimi iş həll olunacaq. Həmin pulu da tapıb verdik. Pulu alandan bir neçə gün sonra yenə danışdıq. Dedi ki, lazımi adamlarla danışıb, martın 23-ü oğlumu özü evə gətirəcək. Bu söhbətdən sonra isə bir daha onunla əlaqə yarada bilmədik. Nə oğlum azad olundu, nə pulumuzu geri ala bildik. İş açılandan sonra cəmi 500 manat qaytarıb”.
Fotoda: Aytac Əliyeva və İlknur Turkut