Hər il eyni qalib: “Qaçqınkom” “Grey Group”la üçüncü dəfə anlaşdı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamenti dəftərxana və təsərrüfat mallarının satınalınmasını həyata keçirəcək.

Məlumatda deyilir ki, tenderin qalibi “GREY GROUP” MMC olub. Şirkət “Qaçqınkom”a 101 min 425 manatlıq mal və məhsul alacaq.

Qeyd edək ki, “Grey Group”la “Qaçqınkom” arasında bu ilk anlaşma deyil. Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, sözügedən şirkət 2024-2026-cı illərdə 3 dəfə komitənin tenderinin qalibi olub. Belə ki, keçən ilin yayında “Qaçqınkom” “Grey Group”dan 118 min 187 manatlıq, 2024-cü ildə isə 70 min 124 manatlıq dəftərxana və təsərrüfan malları alıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Aknews.az

Xəbərlər