"Mərkəzi Klinik xəstəxanada baş verən xoşagəlməz hadisədə bəzi detallar üzə çıxır.
Düşünürəm ki, bu incə məsələləri ictimaiyyətin bilib öz hüquqlarını müdafiə etməsi üçün çox vacibdir..." "Bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Xəstənin oğlu Təbriz Məmmədovun dediyinə görə xəstəni Mərkəzi Klinikaya ambulans -təcili yardım aparıb. Normalda əhali üçün nəzərdə tutulan təcili tibbi yardım (TTY) xəstəni ödəniş tələb olunan səhiyyə müəssisələrinə aparmamalıdır, apara bilməz.
Təsəvvür edin ki, həmin vaxt xəstənin pulu yoxdur, yaxud ümumiyyətlə yoxdur O tibbi yardım dan məhrum olub ölməlidir? TTY bu vaxt xəstəni ya dövlət xəstəxanalarının birinə, ya da tibbi sığorta ilə qarşılanan özəllərə hospitalizasiya etməlidir
İndi bir neçə nüans araşdırılmalıdır, əgər Firdovsi həkimin dediyi kimi təsərrüfat hesablıdırsa, xidməti tibbi sığorta qarşılamırsa, onda TTY-nin Mərkəzi Klinika ilə nə işi var?
İddia olunur ki, Firdovsi həkimin TTY rəhbərliyi ilə qeyri -rəsmi sövdələşməsi var,ona nə qədər çox xəstə gətirilsə TTY öz adına layiq "payını"alacaq.
TTY briqadalarının Özəllərdən yalnız Mərkəzi Gömrük Hospitalına və Mərkəzi Klinikaya xəstə aparması çox mətləblərdən xəbər verir.Araşdırılmalıdır ki, nəyə görə ən çox da kardiloloyi xəstələr xidməti tibbi sığorta ilə qaşılayan digər özəllərə deyil, məhz Mərkəzi Klinikaya TTY briqadaları vasitəsilə aparılır, hətta iddia olunur ki, bəzi xəstələr depozitə cəlb edilir, 2500-4000 manat arasında ...
Yazırlar ki, Firdovsi həkim çox peşəkardır... nə deyirik? İstərdik ki, hüquqi cəhətdən daha peşəkar olsun..."
Dia-az
Aknews.az