Anar Bayramov O günü bütün ictimaiyyətin gözü qarşısında dedi ki, çox çalışan (işləyən) həkim çox qazanacaq.???? Hazırda təcili tibbi yardım həkimləri bəlkə də iki dəfə artıq iş yükü və iş həcmi ilə işləyirlər.Həm normadan 2 dəfə aşağı TTY həkimləri nəzərdə tutulub, üstəlik də həkim çatışmazlığı.
Hamıya məlumdur ki, TTY həkimlərinin əlində nə çeşidli tibbi texnika var,nə laboratoriya,nə də konsultasiya.Əksər vaxt əlində özünə məxsus kalibrasiyadan keçməmiş bir tonometrlə necə dəqiq diaqnoz qoya və ona uyğun da xeyli vaxt aparan Tibbi Yardım təyin edə bilər.Digər tərəfdən bu gün bu sahədə əksər ölkələrin istifadə etmədiyi guya ağrıkəsici "analgin"ürək dərmanı da KORDİAMİNLƏ (???)!!! hansı effektiv təcili tibbi yardım edə bilər????
Çağırışlar da normadan çox Bir həkim 12 saat növbədə necə 11-14çağırış edə, tonometrlə diaqnoz qoya və əsas da effektli tibbi yardım göstərə bilər???Bu sadəcə nə fiziki, nə də zehni cəhətdən mümkün deyil.
Məntiqlə və TTY həkimlərinin təxliyə zamanı diaqnozları araşdırılsa çoxu yanlış ehtimalı yüksəkdir.Yanlış diaqnoz varsa,yanlış da tibbi yardım var.Tty həkiminin iş yükü 12saat ərzində 7çağırışdan çoxdursa (normativ belədir) Onun səhvburaxma riski artacaq.
Deməli, kimsə TTY həkimləri tərəfindən səhv diaqnoz və səhv tibbi yardıma məruz qalmalıdır ki, həkim çox maaş alsın.
Cənab Bayramov belə maaş artırılmır, kimsə ölsün səhv diaqnoz ucbatından Anar müəllim TTY həkimlərinin əməkhaqqını artırmaq üçün Sizin Əmək Məcəlləsinin 61,62,164 və165-cimaddələrini tətbiq etməniz kifayət edər.
BU vaxta qədər tətbiq edilməyib niyə!????????
Faiq Memmedli, həkim ekspert
TEREF
Aknews.az