120 nömrəli məktəbdə ixtisassız müəllimin dərzilik işi və müəmmalı var-dövləti -Məktəbdə təhsil əvəzinə qanunsuz "Biznes":


N.Əlizadə dərs saatlarında şagirdlərə təhsil vermək əvəzinə, fənn kabinetini tamamilə şəxsi gəlir mənbəyinə çevirib.
Yenixeberorg.biz: Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlar gündən-günə yeni və şok təfərrüatlarla böyüməyə davam edir. Redaksiyamıza axil olan məlumatlara görə, məktəbdə dərzi işi fəaliyyəti quran texnologiya (tikiş) müəllimi Natavan Əliağa qızı Əlizadə ilə bağlı ortaya çıxan son faktlar məsələnin mahiyyətini daha da tündləşdirir.

Nə Ali Savadı Var, Nə Də Tikiş Təhsili...

Bu istiqamətdə "Yenixeberorg.biz"ə ötürülən məlumtda deyilir ki, N.Əlizadənin ümumiyyətlə pedaqoji və ya ali təhsili, eləcə də tikiş və dərzi ixtisası üzrə hər hansı bir peşə savadı, diplomu yoxdur. Heç bir ixtisas göstəricisinə və pedaqoji tələblərə cavab verməyən bir şəxsin dövlət məktəbinə necə müəllim təyin olunması və illərdir burada sərbəst şəkildə fəaliyyət göstərməsi böyük sual doğurur. Şagirdlərə fənnin incəliklərini öyrətməli olduğu halda, heç bir ixtisas biliyi olmayan bu şəxsin məktəb divarları arasında rahatlıqla kommersiya fəaliyyətinə qurşanması "Bu posta hansı yollarla gəlib çıxıb?" sualını gündəmə gətirir.

Təhsil Müəssisəsində Qanunsuz "Biznes" və "Toyota RAV4" Dəbdəbəsi

Valideynlərin bildirdiyinə görə, müəllim N.Əlizadə dərs saatlarında şagirdlərə təhsil vermək əvəzinə, fənn kabinetini tamamilə şəxsi gəlir mənbəyinə çevirib. Məktəbin dövlət tərəfindən ayrılmış avadanlıqlarından istifadə edərək kənar şəxslərin geyim sifarişlərini yerinə yetirir, şagirdləri də bu işlərə cəlb edərək onların əməyini istismar edir.

Pedaqoji fəaliyyətdən uzaq olan bu fəaliyyətin maliyyə "bəhrələri" də diqqətdən yayınmır. Orta aylıq müəllim maaşı ilə uzlaşmayan bir dəbdəbə nümayiş etdirən Natavan Əlizadənin son model — 77-TH-017 dövlət qeydiyyat nömrə nişanlı 2025-ci il buraxılışlı "Toyota RAV4" markalı dəbdəbəli avtomobil əldə etməsi də narazılıqları daha da alovlandırıb. Rəsmi olaraq heç bir xüsusi biznesi görünməyən, eyni zamanda ixtisas təhsili belə olmayan bir müəllimin bazar dəyəri on minlərlə manat olan son model avtomobilə sahib olması, orta məktəbdə dönən qanunsuz "biznesin" və qeyri-qanuni qazancın miqyasından xəbər verir.

Hüquqi Məsuliyyət və Cavabsız Qalan Suallar

Ekspertlərə görə, təhsil sənədi və ya müvafiq ixtisası olmadan pedaqoji fəaliyyətə cəlb edilmə, dövlət əmlakından şəxsi kommersiya məqsədləri üçün istifadə olunması, dərs vaxtının mənimsənilməsi və şagird əməyinin qanunsuz istismarı ciddi hüquqi məsuliyyət doğurur.

Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, telefon zənglərimiz cavabsız qaldı(?)

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, N.Yaqubov adına 120 nömrəli tam orta məktəb rəhbərliyinin və adıçəkilən müəllim Natavan Əlizadənin rəsmi mövqeyini işıqlandırmağa hazırıq.

Aknews.az

Xəbərlər