Azərbaycanlı iş adamı, Türkiyə mətbuatında “Petrol kralı” olaraq tanınan Anar Əlizadənin sanksiya altında olan rus oliqarxlarına yardım etməsi, onu bir çox ölkələrin xüsusi xidmət orqanalrının diqqət mərkəzinə gətirib...
Poliqon xəbər verir ki, bir zamanlar Mübariz Mənsizmova aid olan və daha sonra Anar Əlzadə tərəfindən ələ keçirilən Bodrumdakı məşhur “Yalıkavak marina” limanı indi rus oliqarxlarının sanksiya altında olan super yaxtalarının sığınacağına çevrilib. Bu barədə Rusiya və Türkiyə internet resurları hələ 2024-cü ildən başlayaraq xəbərlər yayıb. Məlumatlara görə 2022-ci ildə Rusiyanın tanımış oliqarxlarının xarici əmlaklarına və super yaxtalarına sanksiyalar tətbiq edildikdən sonra, bu yaxtalar Anar Əlizadənin Bodrumdakı “Yalıkavak Marina” limanında lövbər atıblar.
Son məlumatlara görə isə Anar Əlzadə limanda lövbər atan və sanksiya altında olan rus oliqarxların super yaxtalarının dayanma və xidmət pullarını iki qat artırıb. Bu isə rus oliqarxlara ildə on milyonlarla dollar əlavə xərcə başa gəlir. Bu üzdən də Anar Əlizadə ilə rus oliqarxlar arasında son zamanlar narazılıqlar böyüyür. Həttta bir neçə yaxtanın Bodrumu tərk edərək Dubayda gizləndikləri qeyd edilir.
“Yalıkavak marina”da lövbər atan yaxtalar arasında təmtəraqları və dəbdəbələri ilə bütün dünyada məşhur olan, Andrey Melniçenkoya aid “Motor Yacht A”, Aleksey Mordaşovun “Lady M”, Vladimir Potaninə aid “Nirvana” superyaxtaları da var. Bundan başqa Anar Əlizadəyə aid olan limanın Qərbin sanksiyaları altında olan onlarla rus milyarderlərinin yaxtalarının əsas dayanacaq nöqtəsinə çevrildiyi bildirilir.
Qeyd edək ki, Egey və Aralıq dənizlərinin qovuşmasında yerləşən “Yalıkavak marina”sı 620 iri həcmli, uzunluğu 140 metrəyə qədər olan yaxtaları özündə yerləşdirə bilən dünyanın ən bahalı və lüks marinalarından hesab olunur. Marinanı 2010-cu ildə Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov 42 milyona alıb və buraya 200 milyon dollara qədər sərmayə yatırıb. Mənsimov Türkiyədə həbs edildikdən sonra isə buxtanı Əlizadənin sahibi olduğu “RSR Holding” ələ keçirib. Anar Əlizadə bu işdə Türliyənin sabiq Daxili İşlər naziri Məhmət Akarla əlbir iş görüb. Akar daha əvvəl bu limanda Mübariz Mənsiçovun şəriki olub.