Türkiyə klublarından “Beşiktaş”ın yarımmüdafiəçisi Orkun Kökçü zədə səbəbindən Türkiyə millisinin heyətindən çıxarılıb.
Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, milli komandanın Belçika və İtaliya ilə keçirəcəyi oyunlar üçün heyətdə dəyişiklik edilib.
Bursada İtaliya ilə keçirilən oyundan sonra barmağındakı ağrıları artan Orkun Kökçünün heyətdən çıxarılmasına və müalicəsini klubunda davam etdirməsinə qərar verilib.
Türkiyə millisi oktyabrın 2-də Belçika, oktyabrın 5-də isə İtaliya ilə səfər oyununa çıxacaq.
Aknews.az