Dilan Polat yenə saxlanıldı


Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polat saxlanılıb.

Məlumata görə, o, ölkə prezidentini təhqir etməkdə təqsirləndirilir.

Qeyd olunur ki, Anadolu Baş Prokurorluğu tərəfindən sosial mediada yayılan bir görüntü əsasında Dilan Polat haqqında "Prezidenti təhqir etmə" ittihamı ilə araşdırma başladılıb. Aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan fenomen ifadəsinin alınması məqsədilə ədliyyə binasına aparılıb. Prokurora ifadə verdiyi vaxt səhhətində problem yaranan Polat üçün binaya tibbi yardım briqadası dəvət edilib.

Xatırladaq ki, daha əvvəl Dilan Polat narkotik və ya stimullaşdırıcı maddə, çirkli pulların yuyulması ilə başladılan istintaq çərçivəsində saxlanılmışdı.

Aknews.az

Xəbərlər