İDDİA: Sumqayıt məktəbində 9-cu sinif şagirdi ilə bağlı şok iddia – rəhbərlik hadisəni gizlədir?
Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəblə bağlı redaksiyamıza ciddi və narahatedici məlumat daxil olub.
Müraciətdə 9-cu sinifdə təhsil alan qız şagirdin ana olduğu, lakin bu hadisənin məktəb rəhbərliyi tərəfindən gizlədildiyi iddia edilir.
İddia sahibinin sözlərinə görə, məsələ ilə bağlı məktəb daxilində hər hansı ciddi araşdırma və ya tədbirin aparıldığına dair məlumat yoxdur. Həmçinin bildirilir ki, hadisənin üzə çıxması halında bununla bağlı yoxlama aparılacağı gözlənilir.
Ən ciddi sual isə budur: Əgər bu iddia doğrudursa, 9-cu sinif şagirdi ilə bağlı belə bir hadisə necə baş verib və məktəb rəhbərliyi bu barədə hansı tədbirləri görüb?
Daha bir iddia isə məktəb rəhbərliyinin hadisəyə lazımi reaksiya verməməsi və məsələni ört-basdır etməyə çalışmasıdır. Bu, təsdiqlənəcəyi təqdirdə, olduqca ciddi məsələdir və aidiyyəti qurumların araşdırmasını zəruri edir.
Avantaj.media olaraq bildiririk ki, səsləndirilən məlumatlar hazırda İDDİA xarakterlidir. Faktların təsdiqini gözləyirik və məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
