“Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi”.
Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin “Alim Qasımov toyuma 15 min manat istədi” fikirlərinə münasibət bildirərkən deyib.
Menecer bildirib ki, Pünhan Piriyev əvvəlcə onunla əlaqə saxlayıb:
“Mənə zəng etdi və Alim Qasımovu toyunda görmək istədiyini bildirdi. Soruşdu ki, Alim Qasımov toya neçəyə gedir. Mən də ona bir qiymət aralığı dedim. Amma bildirdim ki, sənət yoldaşısınız, Alim müəllimlə özünüz danışın, bəlkə sizə xüsusi endirim edər. Sonradan aralarında nə danışıldığını bilmirəm. Mən həmişə sənət adamları ilə bağlı toy məsələsini Alim müəllimin özünə yönəldirəm. Sonra deməsinlər ki, ortada menecer var”.
Qeyd edək ki, müğənni Pünhan Piriyev sosial şəbəkədə toyu ilə bağlı növbəti açıqlama verib. O, Xalq artisti Alim Qasımovla bağlı səs-küyə səbəb olan iddia səsləndirib.
Pünhan Piriyev bildirib ki, toy mərasimində Alim Qasımovu görmək istəyib, lakin xanəndə onun toyunda çıxış etmək üçün 15 min manat qonorar tələb edib.
Aknews.az