Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ


Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və qurum sədrinin vəzifəsindən azad olunması məsələsinə baxılıb.

Qərara əsasən, Qəzənfər Abdullayev postundan azad edilib və bu vəzifə yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.

Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı mandatından məhrum edilib.//Report

Aknews.az

Xəbərlər