Neçə müddətdir ki, paytaxt Bakıda BayırŞəhər ərazisində məmur özbaşınalığı, sakinlərə divan tutulması, ən primitiv haqq və hüquqların belə pozulması adi hala çevrilib.
"Dia-az" xatırladır ki, Bayır şəhər ərazisində dövlət adından söküntü işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov özünün şəxsi mənfi xüsusiyyətləri ilə diqqət cəlb etməkdədir.
Belə ki, sakinlərin evlərini onların razılığı olmadan sökən və bu zaman xüsusi amansızlıq nümayiş etdirən Zülfəli İsmayılov yenə də iş başındadır.
Sorağı bu dəfə Zərgərpalan 46 ünvanından gəlir.
