La Liqa təmsilçilərindən “Real Madrid”in və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik karyerasına başlamağı planlaşdırır.
Mənbənin məlumatına görə, 36 yaşlı almaniyalı futbolçu gələn mövsüm sabiq oyunçular üçün nəzərdə tutulan xüsusi məşqçilik kurslarına qatılmaq niyyəti ilə İspaniya Kral Futbol Federasiyasını (RFEF) məlumatlandırıb. Proqramı başa vurduqdan sonra o, A kateqoriyalı məşqçi lisenziyası ala biləcək.
Nəşr vurğulayıb ki, Kroos peşəkar komanda ilə yüksək səviyyədə işləməkdə maraqlıdır.
Qeyd edək ki, Toni Kroos 2024-cü ilin yayında futbolçu karyerasını başa vurub.
Aknews.az