13 əsgəri öldürən Malikin edamı canlı yayımlanacaq


Pentaqon 2009-cu ildə 13 hərbçini öldürən keçmiş ABŞ əsgəri Nidal Malik Həsənin edamını canlı yayımlayacaq.

"Biz bunu elə edəcəyik ki, insanlar bunu görə bilsinlər, hər şey ictimaiyyətə açıq olsun", - deyə o, bildirib.

Pentaqon daha sonra aydınlaşdırıb ki, söhbət edamın onlayn yayımından gedir.

Həsənin edamı 3 dekabra planlaşdırılıb və ABŞ-də 65 ildən sonra ilk hərbi edam olacaq. Hərbi məhkəmə onu 2009-cu ildə Texasdakı hərbi bazada baş verən atışma zamanı 13 nəfəri öldürməkdə və 32 nəfəri yaralamaqda günahkar bilib.

O dövrdə Həsən ABŞ ordusunda mayor rütbəsində psixiatr idi. 5 noyabr 2009-cu ildə o, əsgərlərin peyvənd və tibbi müayinələri gözləyən tibb mərkəzində atəş açıb. Daha sonra o, hərəkətlərini onların Əfqanıstana gedib müsəlmanları öldürməsinin qarşısını almaq istəyi ilə izah edib.

Aknews.az

Xəbərlər