İsveçrə millisinin kapitanına saxta COVID-19 sertifikatına görə cəza verildi


İsveçrə millisinin və "Sanderlend" klubunun kapitanı Qranit Caka saxta peyvənd sertifikatı əldə etdiyinə görə 2 il müddətinə şərti cəza alıb.

Təcrübəli yarımmüdafiəçi COVID-19 pandemiyası dövründə saxta peyvənd sertifikatı aldığını etiraf edib: "Məhkəmənin qərarını qəbul edirəm və məsuliyyəti üzərimə götürürəm".

Məhkəmənin qərarı ilə Q.Cakaya 2 illik şərti cəza ilə yanaşı, 150 min İsveçrə fırankı (təxminən 180 min dollar) məbləğində şərti cərimə kəsilib. Futbolçu məhkəmə xərclərini də ödədiyini bildirib.

Qeyd edək ki, Lütsern prokurorluğunun apardığı təhqiqat çərçivəsində ifadə verən Caka son iki həftədə Millətlər Liqasının dörd oyununda milli komandanın heyətində yer almayıb.

Aknews.az

Xəbərlər