İrandan mesaj: Qiyamət müharibəsinə hazırıq


“Nə İran, nə də ABŞ belə bir müharibə istəyir. Qiyamət və ya nüvə müharibəsi çoxlu sayda insanın həlak olması və şəhərlərin dağıdılması deməkdir. Heç bir ölkə öz ərazisinin viran edilməsini istəməz”.
İran parlamentinin deputatı Əhməd Bəxşayeş Ərdəstani xarici işlər naziri Abbas Əraqçinin Qiyamət müharibəsinə hazır olmaq barədə açıqlamasını şərh edərkən söyləyib.

“Əgər ABŞ İranı danışıqlar masasına gəlmədiyi təqdirdə Qiyamət müharibəsinə başlayacağı ilə hədələsə, biz özümüzü müdafiə etməyə hazırıq”, - deputat qeyd edib.

Ərdəstani əlavə edib ki, 12 və 40 günlük müharibələrdə əldə olunan təcrübə, eləcə də ABŞ ilə birbaşa qarşıdurma İran ordusunun təcrübəsini artırıb: “Komandirlərimiz ABŞ ilə döyüşməyin mümkün olduğunu gördülər və hazırda daha effektiv planlar hazırlamaq imkanına malikdirlər”.

Aknews.az

Xəbərlər