Rektor şikayətçi düşən tələbəni hamının gözü qarşısında AŞAĞILADI... - İDDİA


21 oktyabr 2026-cı il tarixində saat 18:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun ADAU-nun magistr tələbələri ilə görüşü keçirilib. Və bu zaman tələbələrdən biri ilə rektor arasında insident yaşanıb.
Bu barədə "DİA-AZ"a daxil olan müraciətdə deyilir.

Müraciətdə iddia olunur ki, görüş zamanı tələbələrdən biri tələbə yataqxanasındakı dözülməz şəraitlə bağlı rektoru məlumatlandıraraq şikayətlənib. Bildirib ki, yağış yağanda otaqların bəziləriniə, dəhlizə su damır. Bunda əlavə, natəmizlik səbəbindən otaqlarda artıq hər cür böcəyə, "tarakan"a rast gəlmək olur. Narazı tələbə bununla bağlı rektordan müvafiq tədbirlərin görülməsini xahiş etməsijnə baxmayaraq rektor şikayətçi düşən tələbənin iddialarını yoxlamadan onu acılayıb.

Rektorun həmin tələbəni təxribatçılıqda günahlandırdığı iddia olunur. Zəfər Qurbanov tələbəyə daha da aqressiv davranaraq onun ünvanına başqa ittihamlar da səsləndirib və mətbəx böcəkləri ilə bağlı da bildirib ki, elə natəmizlik tələbələrin özlərindən qaynaqlanır, yəni guya böcəkləri onlar öz evlərindən gətiriblər...

Rektorun digər tələbələr qarşısında aşağıladığı tələbənin baş verənlərlə bağlı ölkə prezidentinə müraciət ünvanladığı da qeyd olunur.

ZƏRURİ QEYD: Bizə tələbənin kimliyi və əlavə təfsilat da məlumdur. Sadəcə müəyyən dəqiqləşdirmələrdən sonra daha geniş bilgiləri təqdim edəcəyik. Bizi izləməyə davam edin...


Aknews.az

Xəbərlər