Qarabağ Regional Təhsil İdarəsindən sosial şəbəkələrdə diqqətçəkən iddia - Sənan Mənsimliyə bahalı avtomobil hədiyyedildi


Qarabağ Regional Təhsil İdarəsi ətrafında sosial şəbəkələrdə diqqətçəkən iddia yayılıb.
DuzXeber.az xəbər verir ki, Paylaşılan məlumatda iddia olunur ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq bağçalarının ərzaq təminatını həyata keçirən “Məişət” MMC-nin rəhbəri Nicat Cəfərov Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimliyə “Changan Uni-Z” markalı avtomobil hədiyyə edib.
Sosial şəbəkələrdə yayılan paylaşımda sözügedən avtomobilin fotosu da təqdim olunub. İddiada avtomobilin hansı məqsədlə verildiyi və belə bir hədiyyənin olub-olmaması ilə bağlı suallar ünvanlanıb.
Məsələ ilə bağlı bir sıra mühüm suallar ortaya çıxır: Əgər iddia doğrudursa, dövlət təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən şirkətin rəhbəri tərəfindən Regional Təhsil İdarəsinin rəhbərinə avtomobil hədiyyə edilməsinin hüquqi və etik əsasları nədir? Bu münasibət tərəflər arasında kommersiya əlaqələrinə necə təsir edə bilər?
Qeyd edək ki, hazırda sosial şəbəkələrdə yayılan bu məlumatın həqiqiliyi rəsmi şəkildə təsdiqlənməyib. Avtomobilin hədiyyə edilməsi, onun hansı şəraitdə verilməsi və tərəflərin məsələyə münasibəti ilə bağlı rəsmi açıqlama mövcud deyil.
Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinin, Qarabağ Regional Təhsil İdarəsinin, Sənan Mənsimlinin və “Məişət” MMC-nin mövqeyi ictimaiyyət üçün maraq doğurur.

Aknews.az

Xəbərlər