BNA-nın tenderlərini qazanmış tikinti şirkəti bağlandı - 12 illik...


Azərbaycanda bir sıra dövlət tenderlərinin qalibi olmuş 12 illik tikinti şirkəti bağlandı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Təmir Tikinti Texnologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.
Daşınmaz əmlakın tikintisi və təmiri üzrə peşəkar xidmətlər göstərən şirkət 2014-cü ildən fəaliyyət göstərib.
MMC 2020-ci illərdə Bakı Nəqliyyat Agentliyinin elan etdiyi bir sıra tenderlərin qalibi olmuşdu.
Nizamnamə kapitalı 50 manat olan şirkətin təsisçisi Elxan İbrahimov idi.

Aknews.az

Xəbərlər