Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 30%-dən çoxu artıq tamamlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, kvotanın ilin sonuna kimi tamamlanması gözlənilir, çünki builki yerlərin sayı ötən illə müqayisədə az nəzərdə tutulub.
Qeyd edək ki, bu il Həcc ziyarətinə sənəd qəbulu sentyabrın 24-də başlayıb. QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Lakin qiymətdə cüzi artımın olacağı da istisna edilmir.
Aknews.az