Sumqayıt şəhərində yerləşən “Central Park” restoranı ərazisində yerləşdirilən bir xəbərdarlıq lövhəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
XALQ bildirir ki, görüntüdə restoranın giriş hissəsində quraşdırılmış lövhədə “Diqqət! Şort ilə restoranın ərazisinə giriş qəti qadağandır!” sözləri yazılıb. Bu məhdudiyyətin yay mövsümündə açıq məkanlara gələn ziyarətçilər arasında narazılıq yaradacaq.
Restoranların daxili qaydalar müəyyən etməsi qanunvericilik çərçivəsində mümkündür, lakin bu qaydaların ictimai yerlərdə tətbiqi və sərt məhdudiyyətlərin miqyası adətən xidmət sektorunda balanslı şəkildə tənzimlənir.
Qeyd edək ki, məlumatda qeyd olunur ki, restoranda ödənişlər posterminalla deyil, kartdan-karta köçürmə sistemi ilə alınır. Bu isə vergi məcəlləsinə tamamilə ziddir və vergidən yayınma hesab olunur.
Məsələ ilə bağlı restoran rəhbərliyinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.
