“Kristal Abşeron”da DƏHŞƏT: 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı -


Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, martın 9-u saat 02 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən “Kristal Abşeron” yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.

İntiharın səbəbi məlum deyil.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Xəbərlər