Məşhur tarzənin nəvəsinə YÜKSƏK VƏZİFƏ TAPŞIRILDI


Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edəcək şəxsin adı məlum olub.
Aknews.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən bu vəzifə Qurban Primova həvalə edilib.

Qeyd edək ki, Qurban Primov bundan əvvəl Azərbaycan Kino Agentliyində direktor müavini vəzifəsini icra edib.

O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.

Xəbərlər