Generalın “Gilan” şirkəti vətəndaşın əmlakını ələ keçirib?


Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan” şirkəti ilə vətəndaş Aygün Mahmudova arasında məhkəmə çəkişməsi yenidən başlayır.

Generalın “Gilan” şirkəti vətəndaşın əmlakını ələ keçirib?

Qaynarinfo-nun məlumatına görə, proses sabah Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.
Aygün Mahmudova ona məxsus əmlakın sənədlərinin saxtalaşdırılaraq “Gilan” şirkəti tərəfindən ələ keçiriləməsindən şikayətçidir.
Qeyd edək ki, bundan əvvəl bütün məhkəmə instansiyaları “Gilan”ın xeyrinə qərar çıxarsa da, Aygün Mahmudova Avropa Məhkəməsinə üz tutub.
Avropa Məhkəməsi bu iş üzrə çıxarılan qərarları qanunsuz hesab edib. Ali Məhkəmə də öz növbəsində Avropa Məhkəməsinin qərarı əsasında işi yenidən apellyasiya instansiyasına göndərib.
Aknews.az

Xəbərlər