"Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində heç bir payı olmayıb".
Bunu Oxu.Az-a açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.
O, Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının siyahısında "Sədərək" Ticarət Mərkəzində də payının qeyd olunmasına münasibət bildirib:
"Ramiz Mehdiyevə məxsus mülklərin müsadirəsi ilə bağlı siyahı dərc edilib. Həmin siyahıda "Sədərək" Ticarət Mərkəzinin də adı hallanıb. Ramiz Mehdiyevin "Sədərək" TM-da heç bir payı, obyekti yoxdur. Mən əvvəl də vurğulamışdım ki, Ramiz Mehdiyevin bu qədər mülkü olubsa, onun "Sədərək"də obyekti kirayə verməyə nə ehtiyacı olsun?"
