“Fənərbaxça” istədi, Simeone cavab verdi


“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone “Fənərbaxça” ilə adı hallanan Aleksandr Sörlot haqqında danışıb.
Aknews.az xəbər verir ki, o, Sörlotun klub üçün mühüm futbolçu olduğunu bildirib. Simeone futbolçunun klubda xoşbəxt olduğunu ifadə edib. O, “Sörlot bizim üçün çox vacib oyunçudur. Başqa heç bir oyunçunun bizə verə bilməyəcəyi keyfiyyətlərə malikdir. Onu bu formada saxlamalıyıq və düşünürəm ki, o, burada xoşbəxtdir”, - deyə bildirib.

Qeyd edək ki, La Liqanın 14-cü turunda “Atletiko Madrid” “Real Oviedo”nu 2-0 hesabı ilə məğlub edib və hər iki qolun müəllifi Aleksandr Sörlot olub.

Xəbərlər