Milli Qəhrəman Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda dəfn olunacaq


Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.
Aknews.az-ın məlumatına görə, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat veriblər.

O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.

Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xəbərlər