Quba-Xaçmaz Regional Təhsil İdarəsində direktor rotasiyası: qaydalar niyə işləmir?


Direktorların rotasiya mexanizmi aydın qaydalar üzərində qurulsa da, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin balansında olan bəzi məktəblərdə bu prinsiplərin pozulduğu iddia olunur. Qaydalara görə, yalnız son 3 il ərzində yüksək nəticə göstərmiş məktəblərin direktorları daha böyük uşaq kontingenti olan təhsil ocaqlarına yerdəyişmə edə bilər.
Lakin Bakunews.az-ın araşdırması göstərir ki, şimal regionunda nəticələri zəif olan məktəblərin direktorları da daha iri məktəblərə təyin edilib. Bu yerdəyişmələrin hansı maraqlar qarşılığında baş verdiyi, hansı neqativ halların yaşandığı və konkret məktəblərin real göstəriciləri araşdırmamızın mərkəzindədir.
Faktlar, rəqəmlər və adlar – Bakunews.az-ın növbəti yazısında.
İzləyin, çünki bu mövzu “sadə rotasiya”dan xeyli artıq suallar doğurur.
Aknews.az

Xəbərlər